Şarl Mişel Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

19 Noyabr 2022 21:22

"Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm".

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də paylaşıb.

O Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.

Milli.Az