4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşdü

19 Noyabr 2022 19:47

Şəkidə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Səxavət oğlu Əlizadə bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı Ö. Əlizadənin yaşadığı ünvanda mürəbbə bişirən qaynar tiyana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. Hazırda xəstəxanada Ö. Əlizadəyə lazımi tibbi yardım göstərilir, ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Ö. Əlizadənin vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az