Yığmamız “33” arzusunda

19 Noyabr 2022 19:13

Azərbaycan millisi sabah qarşılaşacağı Şimali Makedoniya ilə görüşlərdə heç vaxt qələbə qazanmayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmamız indiyədək üz-üzə gəldiyi 70 komandadan 32-nə qalib gələ bilib.

Digər 38 rəqib milli üçün hələlik məğlubedilməzdir. Sabahkı görüşdə tilsimi qırmaq mümkün olsa, Şimali Makedoniya məğlub etdiyimiz 33-cü komanda olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə indiyədək 7 dəfə qarşılaşıb.

Milli.Az