Paşinyan Tunisdə Şarl Mişellə görüşdü

19 Noyabr 2022 18:16

Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub. Danışıqlar zamanı tərəflər Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə ediblər.

Milli.Az