"Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək"

19 Noyabr 2022 13:52

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında bildirilib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə məlumatda qeyd edilir.

Milli.Az