Rusiyada koronavirusa qarşı yeni dərman qeydiyyata alındı

19 Noyabr 2022 22:35

Rusiyada koronavirusa qarşı monoklonal anticisim əsaslı dərman qeydiyyata alınıb.

"Medicina" xəbər verir ki, "AstraZeneca" şirkətinin mətbuat xidmətindən məlumat verilib.

"Rusiyanın Səhiyyə Nazirliyi yüngül və orta dərəcəli COVID-19-un profilaktikası və müalicəsi üçün "AstraZeneca" tərəfindən istehsal olunan, uzunmüddətli təsirə malik monoklonal anticisim əsaslı dərmanı təsdiqləyib", - deyə məlumatda qeyd edilir.

Milli.Az