Əməkdar artist vəfat etdi

19 Noyabr 2022 10:47

Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru Vladimir Musatov vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 77 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, V.Musatov "Sevgi qulu" fimindəki obrazıyla məşhurlaşıb. O, bədii rəhbəri olduğu Rus Evi Teatrının əsasını qoyub.

Milli.Az