100 lirəni tualetə atan Mika 7 illik həbs oluna bilər

19 Noyabr 2022 16:39

Ötən ay 100 lirəlik əskinası tualetə atdığı üçün saxlanılan fenomen Mika Can Raunla (Mikayıl Kurnaz) bağlı istintaq başa çatıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Mikanın 7 il 6 aya qədər həbsi istənilir.

Qeyd edək ki, 100 lirəlik əskinasın üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotosu var.

Onu da xatırladaq ki, Mika pulu tualetə atarkən çəkdiyi videonu TikTok-da paylaşmışdı.

Milli.Az