Rusiyada yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

19 Noyabr 2022 08:24

Rusiyada beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.

İlkin məlumatlara görə, hadisə mənzillərdən birində qaz balonunun partlaması nəticəsində baş verib.

***

Saat 07:15

Rusiyanın Saxalin adasının Tymovskoye kəndində beşmərtəbəli yaşayış binasında partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Dağıntılar altında 6 nəfərin qaldığı ehtimal olunur.

Hazırda hadisə yerinə xilasedicilər insanların axtarışına başlayıblar.

Milli.Az