MAQATE ilə İran arasında məsləhətləşmələrin növbəti raundu ayın sonuna qədər Tehranda keçirilməlidir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"MAQATE mütəxəssisləri ilə İran tərəfi arasında məsləhətləşmələrin növbəti raundu keçirilməlidir. Biz Tehranda görüşməliyik. Ümid edirəm ki, bu planlar qüvvədə qalacaq", - Ulyanov söyləyib
Milli.Az