Türkiyədə polislərin olduğu mikroavtobus qəza etdi - Yaralılar var - FOTO

19 Noyabr 2022 08:10

Türkiyənin Qaziantep şəhərində polislərin olduğu mikroavtobusu minik maşını ilə toqquşaraq aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 polis məmuru yaralanıb.

Bölgəyə göndərilən təcili yardım qrupları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilərək şəhərdəki xəstəxanalara aparılıb.

Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

Milli.Az