Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi - FOTO

19 Noyabr 2022 07:35

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.

Səfir bu haqda özünün tviter hesabında yazıb.

"Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini cənab Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Cənab Bruno Bisson", - səfir qeyd edib.

Milli.Az