Günəşin səthində “sürünən ilan” təsviri lentə alındı - VİDEO

19 Noyabr 2022 07:25

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi" əks olunur.

Məlumatda bildirilib ki, bu, alimlərin əvvəllər müşahidə etmədiyi bir hadisədir. Onlar bu hadisəni günəş partlayışları ilə əlaqələndiriblər.

Görüntülər oktyabrın 12-də çəkilib.  

Qeyd edək ki, Solar Orbiter 2020-ci ilin fevralında buraxılıb.

Milli.Az