Rusiyada 23 min nəfər həbsxanadan yoxa çıxdı

19 Noyabr 2022 07:05

Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, məhbusların sayının azalması "Vaqner" özəl hərbi şirkətinə döyüşçülərin cəlb edilməsinə görədir.

Bildirilib ki, avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 326 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.

Milli.Az