Allahın infaq edənlərə müjdəsi

4 Dekabr 2022 19:40

Quran ayələrinə əsasən, dünya malı və sərvəti Allahın nemətlərindəndir. Quranda sərvət əldə etmək və ondan necə istifadə etmək barədə tövsiyələr vardır.

"Əraf" surəsinin 31-ci ayəsində bununla bağlı bəzi məqamlara işarə edilir:

"Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!".

Allah bu ayədə bəndələrinə namaz qılmağı və nemətlərdən istifadə etməyi tövsiyə etmişdir. İsrafçılıqdan, yəni həddindən artıq istehlakdan çəkinməyi buyurmuşdur.

"Nur" təfsirində gəlib ki, Quran mədəniyyətinə görə dünya bir keçid yeridir və ona dayanacaq kimi baxılmamalıdır. Ona görə də nemətlərdən istifadə etmək və onlardan həzz almaq üçün heç bir maneə yoxdur.

Quranın qadağan etdiyi problem dünyaya bağlanıb axirətə etinasızlıq etmək və axirət səadəti üçün səy göstərməməkdir.

Bu mühüm məsələ başqa bir bəyanda və Hud surəsində Şüeybin (ə) ümməti arasında qeyd olunmuşdur.

Həzrət Şüeybin (ə) tərəfdarları bu peyğəmbərə şikayət etdilər ki, niyə sərmayəmizi və pulumuzu xərcləməyə qoymursunuz?

Əlbəttə ki, bu ayələrin heç biri "Tövbə" surəsinin 24-cü ayəsində deyildiyi kimi, nemətlərdən çəkinməyi çatdırmır.

"(Ya Rəsulum!) De: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!"

Ayənin mənası budur ki, dünya insanı daha yaxşıdan qafil etməsə və Allahın razılığından daha sevimli olmasa yaxşıdır.

Ayələrin başqa bir hissəsində dünya malına bağlılıq günahın əsasına çevrildiyi üçün dünya malını bağışlamağın yolları qeyd edilmişdir.

Məhz buna görə də Allah Peyğəmbərə (s) buyurur: "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) pak etmiş, təmizləmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir" (Tövbə, 103).

Odur ki, pula bağlı olan, malının xümsünü və zəkatını verməyən şəxs pula aludə olur və günaha tərəf gedir.

"Bəqərə" surəsinin 265-ci ayəsində Allah kasıblara kömək edənlərlə danışır və buyurur: "Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!"

Bu ayəyə əsasən, mallarının bir hissəsini Allah yolunda sərf edənlər təşviq olunur. Həmçinin onlara yaxşı əməllərinin nəticəsini axirətdə görəcəklərinə söz verilir.

Bu ayəyə əsasən, Allah rizası üçün əta edən yaxşı insanlar ikiqat savab qazanacaqlar.

Milli.Az