Cəhənnəm – əslində xəstəxana funksiyasını yerinə yetirir

4 Dekabr 2022 20:10

Əxlaq ustadlarından olan Ayətullah Nasir İsfahani cəhənnəm haqqında buyurur: "Cəhənnəm əslində Allahın xəstəxanasıdır ki, cəhənnəm əhli orada müalicə olarlar. Hər birinin özünəməxsus dərmanı vardır.

Bəs onların dərmanları nədir?

Müxtəlif əzablar, dünyada müxtəlif xəstəliklərə düçar olmaq... Hər xəstənin öz xəstəliyinə uyğun xəstəxana vardır. Bütün xəstələri eyni xəstəxanaya aparmazlar. Hər bir xəstəyə eyni dərmanı verməzlər.

Allah cəhənnəmdə bu xəstələr üçün təbəqələr, yeməklər və libaslar təyin etmişdir. Qızıl, oda düşmədən xalis olmaz. Eləcə də bu insanların hansı dərəcədə xalis olacaqlarını Allah bilir.

İnsanın günahı nə qədər çox olarsa, xalis olması da bir o qədər uzun çəkər.

Əgər bacarsa, dünyada özünü tövbə və istiğfar edərək xalis edər. Ancaq əgər qafil olsa, çarəsiz gərək bu xəstəxanaların birində müalicə olunsun".

Milli.Az