Aparıcı Hüsniyə Məhərrəmova televiziyaya qayıtmaq fikrinin olmadığını söyləyib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "MTV Xəbər"ə danışıb.
"İki il yarımdır efirdən uzaqlaşmışam. Televiziyasız çox xoşbəxtəm. Geri qayıtmaq fikrində deyiləm. Mənim mənəvi və maddi imkanlarımı ödəyəcək kanal yoxdur", - deyə, Məhərrəmova bildirib.
Milli.Az