Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxsini məhv edib

18 Noyabr 2022 12:18

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat İraqın şimalındakı Gara bölgəsində aparılıb.

Nəticədə PKK-nın "qadın təşkilatının rəhbəri" Norşin Afrin və daha 4 terrorçu zərərsizləşdirilib.

Milli.Az