ABŞ bütün ölkələrə çağırış etdi

18 Noyabr 2022 12:51

ABŞ bütün ölkələri Şimali Koreyanın raket buraxılışını pisləməyə çağırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"KXDR-in yeni raket buraxılışı vəziyyəti sabitliyi poza və regionda gərginliyi artıra bilər", - Ağ Ev bildirib.

Qeyd edək ki, Pxenyan son iki gündə Yaponiya istiqamətində iki ballistik raket atıb.

Milli.Az