Şamaxıda avtomobil dərəyə aşıb, ölən var

18 Noyabr 2022 09:22

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü Emil Əkbərli idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili dərəyə aşırıb. Nəticədə, avtomobildə sərnişin qismində olan 2000-ci il təvəllüdlü Suğra Əkbərli ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az