Azərbaycanda 16 yaşlı oğlan ona nisyə dönər verməyən yaşıdını bıçaqladı

25 Noyabr 2022 18:58

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonda fəaliyyət göstərən dönərxanada baş verib.

Rayon sakini, 2006-cı il təvəllüdlü Rüfət Vahid oğlu Əliyev həmyaşıdı və həmyerlisi Əli Abbas oğlu İmanova ona nisyə dönər vermədiyi üçün bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az