"Azərbaycan artıq regional nəqliyyat qovşağına çevrilib"

25 Noyabr 2022 18:56

Azərbaycan iki səbəbdən artıq regional nəqliyyat qovşağına çevrilib.

Bunu bu gün Trend-ə ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın iştirakçısı, Bolqarıstanın Sənaye Kapitalı Assosiasiyasının üzvü Teodor Deçev deyib.

"Birinci səbəb koronavirus pandemiyasıdır. Həmin dövrdə Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutlarının əhəmiyyəti artıb. İkinci səbəb isə Ukraynadakı vəziyyətdir, bununla əlaqədar Şimal marşrutundan istifadə azalıb. İndi Şimal dəhlizindən istifadə edən yoxdur, belə ki, Rusiya limanlarından gəmilərin çıxışına heç kim nəzarət etmir. Bu səbəbdən yük axını Azərbaycana yönəlib və bu şəraitdə Azərbaycan rəhbərliyi mövcud dəyişikliklərə müdrik və adekvat reaksiya göstərib", - deyə o bildirib.

T.Deçev qeyd edib ki, Orta Dəhliz adı verilən Qərb-Şərq marşrutu Şimal-Cənub dəhlizi ilə kəsişir və bu, Azərbaycanı nəqliyyat qovşağına çevirir.

Milli.Az