Minlərlə litr benzin yola dağıldı: Əhali təxliyə edildi

18 Noyabr 2022 15:58

Noyabrın 17-də ABŞ-da 26 min litr yanacaq daşıyan maşın aşıb.

Hadisə nəticəsində benzinin yarısından çoxu ətrafa dağılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Pensilvaniya ştatının Betlehem şəhərində baş verib.

İnsidentin yaşandığı bölgədə nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin, yaxınlıqdakı onlarla evdən minə yaxın sakin təxliyə edilib.

Qəzanın təfərrüatları araşdırılır.

Milli.Az