Meksikada polis helikopteri qəzaya uğradı: ölənlər var

17 Noyabr 2022 21:24

Meksikada regional polisə məxsus helikopter Aquaskalyentes ştatının Xesus-Mariya bələdiyyəsində qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, qəza nəticəsində göyərtədə olan 4 polis əməkdaşı, o cümlədən ictimai təhlükəsizlik idarəsinin rəhbəri Porforio Sançes həlak olub.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az