Dövlət Neft Şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

17 Noyabr 2022 16:52

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının birinci hissəsinə "Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

"Anar Axundov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri".

Milli.Az