Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının tərkibinə dəyişiklik edildi - SƏRƏNCAM

17 Noyabr 2022 16:43

Prezident İlham Əliyev "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

1. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Elnur Əliyev - Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini" sözləri çıxarılsın;

1.2. "sədrinin müavini" sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azad Cəfərli - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.".

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az