Bakıdakı bəzi universitetlər Sumqayıta köçürülə bilər

17 Noyabr 2022 19:59

Bakıda yerləşən bəzi universitetlərin paytaxtdan Sumqayıta köçürülməsi təklif olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev çıxış edib.

"Bəzi universitetlər payxatdan kənara, məsələn, Sumqayıta köçürülə bilər. Bununla gənclər şəhərini təhsil mərkəzinə çevirmək olar", - deyə o qeyd edib.

Milli.Az