Hüseyn sevgililərindən buna görə ayrılırmış - VİDEO

17 Noyabr 2022 15:35

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov xanımlarla münasibətinin niyə qısa çəkdiyinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tez-tez sevgililərini dəyişən bloger bu barədə instaqram səhifəsində izləyicilərinin suallarını cavablayarkən danışıb: 

"Bir müddət qızla danışmağa başladıqdan sonra özümə bir sual verirəm. Hüseyn, sən ona evlilik təklifi edərdin? Onu övladlarının anası kimi görürsən? Əgər cavab müsbətdirsə, münasibətimiz davam edir. Mənfidirsə, yox".

Milli.Az