Bred Pitt yeni sevgilisi ilə konsertdə görüntüləndi - FOTO

18 Noyabr 2022 04:44

Hollivud aktyoru Bred Pitt U2 qrupunun lideri Bononun konsertinə yeni sevgilisi ilə qatılarkən görüntülənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 58 yaşlı sənətçi tədbirə 29 yaşlı İnes de Ramon adlı qadın ilə gəlib.

Ramon Nyu Cersidəndir. 2013-cü ildə Cenevrə Universitetini bitirib və daha sonra "Anita Ko Jewelry"nin topdansatış şöbəsinə rəhbərlik edib. 2019-cu o, ailə qurub və bir neçə ay əvvəl ərindən ayrılıb.

Pitt isə Coli ilə 2014-cü ildə evlənib. 2016-cı ilin sentyabrında aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az