“Warner Bros.” filmlərinin Rusiya telekanallarında nümayişini qadağan etdi

17 Noyabr 2022 20:58

Hollivudun "Warner Bros." kinostudiyası Rusiya telekanallarında öz filmlərinin nümayişinə qadağa qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qadağa Milli Media Qrupu holdinqinə daxil olan kanallar üçün tətbiq edilib.

Beləliklə, bundan sonra studiyanın filmləri STS, REN TV və "Beşinci" kanalda yayımlanmayacaq.

Qeyd edilir ki, kinostudiya ilə NMQ arasında müqavilənin müddəti 2024-cü ilin ortalarında başa çatır.

Milli.Az