Tarkan yeni mahnısından bir parçanı paylaşdı - VİDEO

17 Noyabr 2022 20:34

Türkiyənin meqastarı Tarkan "Son Durak" adlı yeni mahnısının tam versiyasının nə zaman təqdim olunacağını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşhur müğənni sosial media hesabında yeni mahnısının noyabrın 18-də işıq üzü görəcəyini yazıb.

O, həmçinin yeni ifasından qısa bir hissəni də izləyicilərilə bölüşüb.

Milli.Az