Rusiya vətəndaşlarına müraciət etdi: Ermənistanın Azərbaycanla sərhəd rayonlarına getməyin... - FOTO

17 Noyabr 2022 08:12

Rusiya vətəndaşlarına müraciət edərək Ermənistanın Azərbaycanla sərhəddə yerləşən rayonlarına getməkdən çəkinməyə çağırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Müraciətdə qeyd olunub ki, Rusiya Ermənistanın sərhədyanı Sünik, Vayots Dzor və Geqarkunik rayonlarına getməyi rusiyalı turistlərə tövsiyə etmir.

Milli.Az