Tramp yenidən prezident olmağa hazırlaşır

17 Noyabr 2022 08:08

ABŞ-ın keçmiş dövlət başcısı Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sabiq prezident jurnalistlərə açıqlamasında namizədlik üçün sənədlərini təqdim etdiyini bildirib.

Tramp çıxışında ABŞ Prezidenti Cozef Baydenin daxili və xarici siyasətini tənqid edib.

Bayden dövründə ABŞ-ın beynəlxalq arenada çətin vəziyyətdə qaldığını iddia edən Tramp, "Amerikanın geri dönüşü indi başlayır" deyib.

Milli.Az