Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar?

24 Noyabr 2022 23:20

Sual: Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar?

Cavab: Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar. Balıqlarla əlaqədar heç bir qayda yoxdur. Mədinə şəhərində yaşayan müsəlmanlarda da bu məsələyə dair şübhə yaranıb və onlar peyğəmbərimzdən (ə. s.) belə bir sual soruşublar:

- Camaat bizə ət gətirir. Biz o heyvanların üstündə kəsildiyi vaxt bismillah deyilib deyilmədiyini bilmirik; belə olan halda, nə edək?

Peyğəmbərimizin (ə. s.) bu suala cavabı aşağıdakı kimi olub:

- Siz bismillah deyib yeyin!

(Hədisin qaynaqları: Buxari, Sayd, 21, Büyu, 5, Tövhid, 13; Muvatta, Zəbaih, 1 (2, 488); Əbu Davud, Ədahi, 19 (2829); Nəsai, Dahaya, 39 (7, 237).

Milli.Az