Pendir, pendir mayası və pendir istehsalı

24 Noyabr 2022 22:20

Sual: Deyilənə görə pendir istehsalında istifadə olunan mayalarda donuzdan alınan hansısa bir maddə var. Bu mayalarda həqiqətən də, belə bir şey var? Əgər belə bir şey varsa, həmin maddə istihalə (mahiyyətin dəyişikliyə uğraması: yəni, bu maddənin maya və pendirə çevrilməsi) yolu ilə təmiz olur yoxsa yox?

Cavab: Bizim pendir və maya istehsal edənlərdən öyrəndiyimiz məlumata əsasən Azərbaycanda istifadə olunan pendir mayalarının hamısı quzu və danadan alınır. Buna görə də Azərbaycandakı pendirlərin yeyilməsində hər hansı bir problem yoxdur. Məlumdur ki, Avropada donuzdan alınan pendir mayası işlədilir. Lakin diqqət yetirmək lazımdır ki, bu mayalar orada istifadə edilir. Eyni zamanda demək lazımdır ki, orada da ən çox quzu və danadan alınan pendir mayası işlədilir.

Milli.Az