Lənkəranda qəribə ördək balası dünyaya gəlib - FOTO
12 May 2010 19:55
Balaca ördək balasının qeyri-adiliyi isə onun başındakı ürəyə oxşar kəkildir.
SİA-nın məlumatına görə, ördək balası Lənkəran rayonunun Girdəni kəndində, 38 yaşlı Hüseyn Abdullayevin fərdi təsərrüfatında dünyaya gəlib. Ev sahibinin sözlərinə görə, düz 10 ilə yaxındır ki, həyətyani sahəsində, 100-dən çox müxtəlif növ ev quşları, eləcə də bal arıları saxlayır. İlk dəfə belə bir maraqlı hadisə ilə rastlaşdığını bildirən H.Abdullayev balaca ördək balasının başı üstündəki, ürəyə oxşar kəkil isə böyük maraq doğurub. İndi Hüseyn Abdullayev bu balacaya ad qoymağa hazırlaşır. Deyir ki, dünyaya gələndə, elə bildim çox yaşamaz, amma, baxıram ki, digərlərindən daha qıvraq, cəlddir.
/SİA/
