İstanbuldakı terroru törədən qadının dindirilməsi başlanılıb

16 Noyabr 2022 23:00

İstanbulun İstiqlal küçəsində terror aktını törədən qadın terrorçu, PKK-nın üzvü Əhlam Əlbəşirin dindirilməsinə başlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dindirilmə zamanı bildirib ki, ona Türkiyədə terror aktı törətmək əmrini PKK-nın kod adı "Hacı" olan yüksək rütbəli zabiti verib.

Əhlam Əlbəşirdən başqa cinayəti törətməkdə şübhəli bilinən 50 şəxsin də istintaq işi üzrə dindirilməsi davam etdirilir.

Milli.Az