Azad olunan ərazilərə 34 500 ailə köçürüləcək

16 Noyabr 2022 19:10

2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapıb.

Tədbirlər Planına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi planlaşdırılır.

Milli.Az