Əhliman Əmiraslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

16 Noyabr 2022 17:20

Prezident İlham Əliyev Ə.T.Əmiraslanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Milli.Az