Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Əməkdar incəsənət xadimi Məlahət Abbasova imicini dəyişib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi uzun qəhvəyi saçlarını kəsdirərək onları qısa kəsdirib və sarıya boyayıb.
Məlahət bildirib ki, bunu rol aldığı yeni serial üçün edib.
"Qərar verməkdə çətinlik çəkirdim. Amma sənət qurban tələb edir. Yeni bir layihə ilə gəlirəm. Kanal 7-də "Esaret" adlı ekran işində Afife obrazını canlandıracağam", - deyə aktrisa söyləyib.
Milli.Az