Sabah Azərbaycanın İrandakı səfirliyinin qarşısında aksiya keçiriləcək

16 Noyabr 2022 13:02

Sabah Azərbaycanın İrandakı səfirliyinin qarşısında aksiya gözlənilir.  

Həsən İranşəhri adlı iranlı "Tvitter" istifadəçisi Azərbaycanı təhqiramiz şəkildə "Bakı Respublikası" adlandıraraq yazır:

"Bakı Respublikasının səfirliyi qarşısında etiraz aksiyası! Pantürkizm illüziyasına qarşı".

Qeyd edək ki, aksiyanın İran hökumətinin qatı anti-Azərbaycan ideoloqu Əliəkbər Raefipurun təşkilatçılığı ilə keçiriləcəyi gözlənilir.

Dünən Müsavat partiyası İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Sözügedən aksiyanın qarşısı polis tərəfindən alınıb.

Milli.Az