İstehlaka yararsız qida qatqısı məhv edilib - FOTO

16 Noyabr 2022 13:59

İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, "Miras20-İM" MMC-yə məxsus ümumi çəkisi 640 kq qida qatqısı "Təhlükəli Tullantılar" MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Milli.Az-a AQTA-dan xəbər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Milli.Az