Zelenski: Hərəkətə keçməliyik!

16 Noyabr 2022 11:14

Rusiya cəzasızlığı hiss etdikcə, hamı üçün daha çox təhlükə olacaqdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya raketinin Polşa ərazisinə düşməsi olayı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, NATO ərazisinə raket zərbəsi kollektiv təhlükəsizliyə raket zərbəsi anlamına gəlir:

"Bu, çox ciddi eskalasiyadır. Hərəkətə keçmək lazımdır".

Milli.Az