Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirildi

15 Noyabr 2022 16:04

Cari ilin 14-15 noyabr tarixlərində Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Milli.Az