Britaniyanın Baş naziri: “Rusiya ordusu Ukraynanı tərk etməlidir"

15 Noyabr 2022 13:48

"Rusiya ordusu müharibəni dayandırmalı və Ukraynanı tərk etməlidir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak G 20 liderlərinin İndoneziyanın Bali adasında keçirilən IX Zirvə görüşündə deyib.

O həmçinin Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak etməməsinə münasibət bildirib: "Bəlkə də, o, gəlsəydi, bizim üçün hər şeyi həll etmək imkanı yaranardı".

Milli.Az