"Sədərək"də mağazaya basqın edilib, sahibkarın 30 000 manatı ələ keçirilib

15 Noyabr 2022 09:27

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirilib.

Milli.Az xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib.

O, mağazadan 30 min manat pul götürərək qaçıb.

Araşdırma aparılır.

Milli.Az