Sərvətinin böyük hissəsini bağışlayacaq

15 Noyabr 2022 16:29

"Amazon"un qurucusu Ceff Bezos sərvətinin böyük hissəsini xeyriyyə məqsədiylə bağışlayacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı CNN-ə müsahibəsində deyib. O, məbləğ olaraq nə qədər ianə edəcəyini isə açıqlamayıb.

Qeyd edək ki, "Bloomberg"in hesablamasına görə, Ceff Bezosun 124,1 milyard dollar sərvəti var.

Milli.Az