Bakıda yolu keçən qadını avtomobil vurub

15 Noyabr 2022 08:44

Bakının Xəzər rayonunda yolu keçən 51 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü Həsənova Validə Əsəd qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az