Həkim "Nissan" salonunu darmadağın etdi - VİDEO

13 Aprel 2012 19:25
Milli.Az RBK-ya istinadən bildirir ki, həkim-ginekoloq olan bu şəxs avtosalonun şüşə qapılarını bir neçə yerdən maşını ilə sındırandan sonra nümayiş zalına girib, 3 avtomobili və mebeli əzib.

"Suzuki Grand Vitara" ilə hadisə yerinə gəlmiş M.A.Kustovun qəzəbinə səbəb təmirə yolladığı maşını həddən artıq gözləməsi olub.

Avtosalon mənsublarının dediklərinə görə, Kustov sorğusuna cavab almaq üçün cəmi 20 dəqiqə gözləyibmiş.

Kustova qarşı cinayət işi açılıb, istintaq gedir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.