Avtomobil bazarında qiymətlər necədir?

15 Noyabr 2022 08:38

Oktyabr ayında Bakıda avtomobil bazarında qiymət artımları davam edib.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, 20 min manatadək olan avtomobillərin qiyməti 5 faiz yüksəlib. Oktyabr ayında da Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub.

Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə alınmayıb.

Milli.Az